“Keşlə” və “Sabah” sifariş vərəqələrini PFL-ə təqdim ediblər

“Keşlə” klubu 2018/2019-cu il mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib. SİA-nın məlumatına görə, Topaz Premyer Liqasında mübarizə aparan paytaxt klubunun heyətində 21 futbolçu yer alıb, onlardan üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi və dördü hücumçudur. Komandada 7 əcnəbi futbolçular var.

Qapıçılar: Kamran Ağayev, Orxan Sadıqlı, Şahin Zəkiyev

Müdafiəçilər: Sertan Taşkın, Denis Silva (Braziliya), Slavik Alxasov, Azər Salahlı, Adrian Skarlatake (Rumıniya), Tərlan Quliyev, Cabir Əmirli, Murad Qayalı

Yarımmüdafiəçilər: Miloş Boşançiç (Serbiya), Herve Tçami (Kamerun), Fuad Bayramov, Məmməd Quliyev, Ebrima Sohna (Qambiya), Elnur Cəfərov

Hücumçular: Vaqif Cavadov, Amil Yunanov, Bahodir Nasimov (Özbəkistan), Andre Klennon (Yamayka)

“Keşlə” serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçlə də müqavilə bağlayıb. Onun da adı siyahıya əlavə olunacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” klubu da sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.

Baş məşqçi Elşad Əhmədov siyahıya 20 oyunçu daxil edib. Bunlardan üçü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 1-i isə hücumçudur. Heyətdə 5 əcnəbi futbolçunun adı yer alıb.

Qapıçılar: Aydın Bayramov, Tərlan Əhmədli, Saşa Stamenkoviç (Serbiya)

Müdafiəçilər: Filip İvanoviç (Serbiya), Vanderson Naskimento (Braziliya), Ülvi İbazadə, Məmmədov Novruz, Kərim Diniyev, Elvin Bədəlov, Eltun Turabov, Məqsəd İsayev,

Yarımmüdafiəçilər: Erik Ramos (Paraqvay), Elgün Nəbiyev, Bəxtiyar Soltanov, Elşən Abdullayev, Vadim Abdullayev, Tərzin Cahangirov, Cavid İmamverdiyev, Vitali Kvaşuk (Ukrayna),

Hücumçu: Tural Qurbətov

Qeyd edək ki, “Sabah” klubu avqustun 12-də Premyer Liqanın ilk turunda “Keşlə”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...