Raqif Abbasov: “Mətbuatımız böyük inkişaf yolu keçib” - ÖZƏL

“Azərbaycan mətbuatında düzgün analitik düşüncəyə malik beyinlər, öz-dəsti-xətti ilə seçilən ziyalı təbəqə formalaşıb. Mediamız Azərbaycanın ictimai-siyasi proseslərini düzgün təhlil edir, ölkəmizin dövlətçilik prinsiplərini üstün tutur”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, bu gün ölkə mediası baş verən yenilikləri, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətlə yanaşı, bütün dünyaya yüksək səviyyədə çatdırır: “Mətbuatımız yarandığı 143 il müddətində böyük inkişaf yolu keçib. Heç bir ölkənin mətbuatsız inkişafı mümkün deyil. Qeyd edim ki, bu gün zamanın tələbi ilə medianın da elektron sistemə keçidi, heç də klassik mətbuata olan marağı azaltmayıb. Medianın məkanı, arealı dəyişsə də, klassik mətbuata daim ehtiyac olacaq. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan mətbuatı elektron sistemdə, internet saytı, sosial media kimi məkanlarda çox uğurla fəaliyyət göstərir”.

Milli Mətbuatın yaranmasının 143 illiyinin tamam olması münasibətilə media nümayəndələrini təbrik edən Baş İdarə rəisi jurnalistlərimizə üç rəngli bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğlandırılması xəbərini cəmiyyətimzə çatdırmağı arzu edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə