"Sumqayıt" Türkiyədə 4 yoxlama görüşü keçirəcək

Yeni mövsümün hazırlıqlarını Boluda davam etdirən "Sumqayıt" FK qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Belə ki, Nazim Süleymanovun yetirmələri 19 iyul tarixində Qətər Super Liqasının debütantı "Əl-Şəhaniyə", 22 iyulda isə Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor" ilə qarşılaşacaq. İlk qarşılaşma Kızılcahamamda yerli saatla 17:00-da, ikinci görüş isə Topuk yaylasında saat 16:00-da start götürəcək. Digər iki rəqib barəsində isə açıqlama veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə