"Xəzər Lənkəran" stadionunun qazonu sıradan çıxıb

"Xəzər Lənkəran" stadionunun hər 3 meydanının qazonu sıradan çıxıb. SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat yayıb.

"Təəssüflə bildirirəm ki, "Xəzər Lənkəran" stadionunun hər üç qazonu sıradan çıxıb. Səbəb olaraq Lənkəran da yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsi olub. Təmir zamanı "Xəzər Lənkəran" stadionuna gedən özəl xətt zədələnıb və 3 gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tamamən dayanıb",- deyə H.Cəbrayıloğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə