“Sabah” yeni transferini rəsmən açıqlayıb. SİA-nın məlumatına görə, paytaxt klubu Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Neman Qrodno” olub.

25 yaşlı yarımmüdafiəçi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə