Mbappe DÇ-dən əldə edəcəyi pulu xeyriyyəyə yönəldəcək

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatından əldə edəcəyi pul mükafatını xeyriyyə işlərinə yönəldəcək. SİA-nın məlumatına görə, 19 yaşlı futbolçu turnirdə qazandığı vəsaiti əlil uşaqların ödənişsiz idman dərsləri alması üçün xərcləyəcək. Gənc futbolçu bu niyyəti haqqında daha öncə danışmışdı.

Xatırladaq ki, Mbappe Fransa milli komandasının heyətində dünya çempionu titulunu qazanıb. Hücumçu mundialda 4 qol müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...