Cümhuriyyətin 100 illiyi ilə bağlı turnir keçiriləcək

Mayın 26-dan iyunun 3-dək"Neftçi” PFK-nın və "ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı çərçivəsində ASAN könülülləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçiriləcək. SİA-nın məlumatına görə, 8 komandanın iştirak edəcəyi turnirin qrup oyunları mayın 26 və 27-də "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq. Yarımfinal görüşləri iyunun 2-də, final matçı isə ayın 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə