Ronaldinyo iki qadınla evlənəcək

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo maraqlı qərar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, iki qadınla birdən evlənəcək. Ronaldinyo Priskilya Koelyo və Beatris Souza ilə birgə yaşayır. Ulduz futbolçu hər iki xanımla eyni gündə nikaha daxil olacaq və həyata belə davam edəcək. O, hər iki qadına ailə qurmaq təklifini eyni gündə edib və müsbət cavab alıb.

Braziliyalı ulduzun bacısı Deisi onun bu hərəkətinə qarşı çıxıb və avqust ayında keçiriləcək toy mərasiminə qatılmayacaq. Toy mərasiminə isə dünya ulduzlarının axışacağı qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə