İntizam Komitəsindən sərt cəzalar

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

20 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

20 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

21 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

18 may 2018-ci il, 2017/2018-ci il mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

22 may 2018-ci il, futzal üzrə Azərbaycan Kubokunun “Marafon Futsal” – “Uğur” FK matçında baş verənlər haqqında:

  • Oyunun 37-ci dəqiqəsində “Uğur” FK klubunun 6 №-li futzalçısı Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).
  • Oyunun 38-ci dəqiqəsində “Marafon Futsal” klubunun 22 №-li futzalçısı Arif Bolouri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyunluq cəzalanır (maddə 48).
  • Oyunun 38-ci dəqiqəsində “Uğur” klubunun 9 №-li futzalçısı Mahsen Geşani və 15 №-li futbolçu Rza Əmoni hakimlər briqadasın təhqir etdiyinə, aqressiv davranış, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futzalçı 10 oyun cəzalanır (maddə 42.3), (maddə 38.6).
  • “Marafon Futsal” klubunun 10 №-li futzalçısı Seymur Məmmədov oyundan sonra rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).

Bütün xəbərlər Facebook səhifəmizdə