"Napoli" futbolçusunun transfer qiymətini açıqlayıb

"Napoli" müdafiəçisi Kalidu Kulibaliyə qiymət qoyub. SİA-nın məlumatına görə, neapollular seneqallı futbolçunu 120 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyillər. Rəhbərlik bu yolla potensial alıcıları transferdən çəkindirdiyinə inanır.

Qeyd edək ki, 2014-cü ildən "Napoli"nin şərəfini qoruyan Kulibali "Çelsi" və "Real" kimi nəhənglərin maraq dairəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə