"Neftçi"nin əvəzediciləri mövsümü qələbə ilə başa vurub - FOTOLAR

"Neftçi” PFK-nın əvəzedici komandası mövsümdə son oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda 28-ci turda "Kəpəz”lə qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilmiş görüşdə "Neftçi” 2:0 hesabı ilə qalib gəlib. Qollara Elnur Süleymanov və Murad Hüseynov imza atıblar.

Qeyd edək ki, 30 xal toplamış "Neftçi"nin əvəzediciləri mövsümü 7-ci pillədə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə