"Yuventus" Buffonun əvəzinə Mattia Perini transfer edəcək

Mövsümün sonunda Canluici Buffonla yollarını ayıracaq "Yuventus" təcrübəli qapıçısının əvəzləyicisini tapıb. SİA-nın məlumatına görə, Turin təmsilçisi "Cenoa"nın qolkiperi Mattia Perini transfer edəcək. "Qoca sinyora" 25 yaşlı "əlcək sahibi" ilə razılıq əldə edib.

"Yuventus" Perinin transferi üçün "Cenoa"ya 8 milyon avro ödəyəcək. 5 illik müqaviləyə qol çəkəcək gənc qapıçı İtaliya çempionunda ilinə 2,5 milyon avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə