"Səbail" Faruk Miya ilə yolları ayıracaq

Mövsümün sonunda "Səbail" klubundan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, "aslanlar" Belçikanın "Standart" klubundan icarəyə götürdüyü Faruk Miyanın transferi üçün qarşı tərəfə müraciət etməyəcək. 20 yaşlı forvard Lyej təmsilçisinə geri dönəcək.

Qış fasiləsində paytaxt klubuna keçən uqandalı futbolçu 12 oyuna 2 qol vurub.

Əlavə edək ki, "Səbail"in "Jilina"dan icarəyə götürdüyü Yevgeni Koçuk da komandadan ayrılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...