"Barselona" Arda Turanı Çin klubuna satmaq istəyir

"Barselona" "Başakşəhər"ə icarəyə verdiyi Arda Turanı yayda birdəfəlik sata bilər. SİA-nın məlumatına görə, Çin klublarından biri Ardanı transfer etmək istəyir. "Barselona" 31 yaşlı yarımmüdafiəçinin keçidindən 15 milyon avro qazanmaq fikrindədir.

Qeyd edək ki, Ardanın "Başakşəhər"lə 2 illik müqaviləsi qalıb. Lakin müqavilənin şərtlərinə görə, "Barselona" Ardanı satmaq hüququna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə