Şenol Günəş xəstəxanadan evə buraxılıb

Futbol üzrə Türkiyə Kubokunda "Fənərbaxça" ilə cavab matçında başından yaralanan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş xəstəxanadan çıxıb. SİA-nın məlumatına görə, o, müalicəsi bitdikdən sonra səhər saatlarında evə buraxılıb.

Xatırladaq ki, Ş.Günəşin "Fənərbaxça" ilə görüşdə başına yad əşya atılıb. Bu səbəbdən türk mütəxəssisin başına 5 tikiş qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə