Bu gün vəfat edən “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev dəfn olunub. SİA-nın məlumatına görə, mərhumun dəfn mərasimində ailə üzvləri, qohumları və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
B.Hacıyevin nəşi Keşlə məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə