Karateçilərimiz növbəti “Karate-1” Premyer Liqa turnirinə yollanıblar

Karate üzrə milli komandamızın üzvləri martın 16-18-də Hollandiyada “Karate-1” Premyer Liqa turnirində iştirak edəcəklər. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya bildirilib ki, mötəbər turnirdə baş məşqçi Şahin Xudaverdiyev dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançıların yarışda mübarizə aparmasına üstünlük verib.

Premyer Liqada Dubay turnirinin qalibi Rafael Ağayev (75 kq), mükafatçılar Ayxan Mamayev (84 kq), Nuranə Əliyeva (50 kq), eləcə də Firdovsi Fərəzliyev (60 kq), Niyazi Əliyev (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), Roman Heydərov (kata), Fidan Teymurova (50 kq) və İlahə Qasımova (55 kq) medallar uğrunda tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə