ÇL-də 1/4 finalın növbəti 2 iştirakçısı müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək. SİA-nın məlumatına görə, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada “Sevilya” ilə qolsuz heç-heçə edən “Mançester Yunayted” üstünlük əldə etsə də, istənilən qollu heç-heçə qonaqların işinə yarayacaq. Hər iki komanda oyuna itkilərlə çıxacaq.

Ukraynada “Şaxtyor"a 1:2 hesabı ilə yenilən “Roma” revanş arzusundadır.

Qeyd edək ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

23:45. “Manchester United” (İngiltərə) – “Sevilla” (İspaniya)

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:0

23:45. “Roma” (İtaliya) – “Shakhtar” (Ukrayna)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

İlk oyun - 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...