Bu gün Premyer Liqada 20-ci tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçiriləcək.

"Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Roman Qriqorçukun komandası 2-ci pillədəki mövqeyini möhkəmləndirmək üçün səfərdən qələbə ilə qayıtmalıdır. Paytaxt təmsilçisi isə qalib gələrsə, bir pillə irəliləyək 6-cı yerə yüksələcək.

Ukraynalı mütəxəssislərin çalışdırdığı komandaların oyunu saat 15:30-da başlayacaq.

Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.

13 mart

15:30.“Keşlə” – “Qəbələ”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
“İnter Arena”

14 mart17:00.“Zirə” – “Səbail”
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

18:00.“Neftçi” – “Qarabağ”
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
“Bakcell Arena”

20:00.“Sumqayıt” – “Kəpəz”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 19 15 3 1 30-7 48
2 Qəbələ 19 12 2 5 33-19 38
3 Zirə 19 9 5 5 27-19 32
4 Sumqayıt 19 9 4 6 24-20 31
5 Neftçi 19 8 2 9 24-22 26
6 Səbail 19 5 2 12 13:27 17
7 Keşlə 19 5 2 12 16:31 15
8 Kəpəz 19 3 1 15 12:34 10

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...