“Hamburq”un yeni prezidenti müəyyənləşib

Almaniyanın “Hamburq” futbol klubunun yeni prezidenti müəyyənləşib. SİA-nın məlumatına görə, Bernd Hoffman seçkilərdə qalib gələrək “Hamburq”un yeni prezidenti olub. Ona 585 nəfər səs verib.

B.Hoffman klubun rəsmi saytında qələbəsini belə şərh edib: “Qarşımızda böyük tapşırıq var. Elə işləməliyik ki, bizim əleyhimizə səs verənləri də təəccübləndirək”.

Qeyd edək ki, Hoffman əvvəllər də “Hamburq”da prezident postunu tutub. O, 2011-ci ildə bu vəzifəni tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə