Premyer Liqanın yayım hüquqları neçəyə satıldı?

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb. SİA-nın məlumatına görə, 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. “Sky Sports” və “BT Sport” kanalları 7 paketdən 5-ni alıb. "Sky Sports" 4, "BT Spotrs" isə 1 paketə sahib olub.

Adları çəkilən yayım kanalları "Amazon", "Facebook", "Twitter" və "Niftlex" kimi məşhur şirkətləri yarışda qabaqlamağı bacarıb.

Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...