Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 14-də Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə “B” qrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstan, aprelin 8-də isə Rusiya ilə qrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...