“Sumqayıt” məşqləri bərpa edib

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib. SİA-nın məlumatına görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında dünən saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, “Sumqayıt” - “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...