Bu gün millimiz “Alanyaspor”la qarşılaşacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığmamız “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə