AFFA-nin və Xəzər RİH-in təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib

Bu gün Xəzər rayonun Mərdəkan qəsəbəsindəki “Valideyn himayəsindən məhrum uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbi” ndə AFFA-nın və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni il ərəfəsində uşaqlar üçün xeyriyyə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Millət vəkili AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva iştirak ediblər.

Tədbirdə çıxış edən AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə uşaqları təbrik ediblər. Uşaqlara müxtəlif idman ləvazimatları və digər hədiyyələr paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə