Ulu Öndər "Neftçi"ni necə qoruyub? - KEÇMİŞƏ BAXIŞ

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 14 il ötür. SİA-nın məlumatına görə, hələ SSRİ dövründə daim xalqımızın rifahı üçün çalışan Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi idmanın inkişafına da xüsusi önəm verirdi. O zaman Güclülər dəstəsində mübarizə aparan "Neftçi”nin sıxışdırılaraq Birinci dəstəyə göndərilməsinin qarşısını da məhz Ümummilli Lider Heydər Əliyev almışdı. Bununla yanaşı mütəmadi olaraq "Neftçi”nin vəziyyəti ilə maraqlanan Ulu Öndər, tez-tez komanda üzvləri ilə görüşür və azarkeşi olduğu "Neftçi”nin bütün problemləri ilə şəxsən tanış olurdu. 80-90-cı illərdə "Neftçi”də azərbaycanlı futbolçuların sayının artması da məhz dahi siyasətçinin qayğısı ilə mümkün olmuşdu. Komandaya təlim-məşq bazasının tikilməsi, Respublika stadionunun təmiri də bilavasitə Onun göstərişi ilə həyata keçirilmişdi.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi milyonların qəlbində daim yaşayacaq!

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə