Vitor Pereyranın yeni klubu müəyyənləşib

Portuqaliyalı baş məşqçi Vitor Pereyranın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, mütəxəssis Çinin "Şanxay SİPQ" klubu ilə müqavilə imzalayıb. O, bu vəzifədə həmyerlisi Andre Villaş-Boaşı əvəzləyib.

Qeyd edək ki, Pereyra 2015-2016-cı illərdə "Fənərbaxça"nı çalışdırıb. Onun son klubu "Münhen 1860" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə