Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib - FOTOALR

Bu gün Abşeron rayonu Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimov Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərini qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, qəbulda ümumilikdə 20-dən artıq vətəndaş iştirak edib. Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib.

Gənclər sahəsində edilən müraciətlər Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə