Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev istefa verib. 51 yaşlı mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə qarşılaşmadan 3:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında açıqlayıb. Qeyd edək ki, hazırda “Kəpəz” 12 oyundan sonra yeddi xalla sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə