Şahin Diniyev istefa verib

18 Noyabr 2017 23:03 (UTC+04:00)

Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev istefa verib. 51 yaşlı mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə qarşılaşmadan 3:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında açıqlayıb. Qeyd edək ki, hazırda “Kəpəz” 12 oyundan sonra yeddi xalla sonuncu pillədə qərarlaşıb.