"Tottenhem"ə qarşı oyun Ronaldo üçün əlamətdar olub

"Real"ın futbolçusu Kriştiano Ronaldo üçün Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Tottenhem"ə qarşı oyun (1:1) əlamətdar olub. SİA-nın məlumatına görə, portuqaliyalı hücumçu bu görüşlə ÇL-də 143-cü matçına çıxıb. Bununla da o, "Real"ın sabiq üzvü Raulu (142 oyun) geridə qoyaraq ÇL tarixində ən çox oyun keçirən üçüncü futbolçu olub.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə "Real"ın sabiq qapıçısı və hazırda "Portu"nun şərəfini qoruyan İker Kasilyas (166 oyun) qərarlaşıb. "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi 151 matçla ikincidir.

Bütün xəbərlər Facebook səhifəmizdə