“Roma”nın Bakıya səfər planı bəlli olub

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşmaq üçün Bakıya gələcək “Roma”nın səfər planı bəlli olub. SİA-nın məlumatına görə, “canavarlar” paytaxtımıza matçdan 2 gün əvvəl - sentyabrın 25-də təşrif buyuracaq.

Komanda Bakıda “JV Marriot Abşeron” otelində qalacaq. Apenninlilər matç başa çatandan sonra həmin gecə İtaliyaya qayıdacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 27-i, saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə