HDÇ-2017: Əşrəf Əliyev bürünc medal qazandı FOTOLAR

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, ikinci yarış günündə güləşçilərimiz 1 bürünc medal qazanıblar.

86 kq-da mübarizə aparan Əşrəf Əliyev həlledici görüşdə Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.

Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə