Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Beynəlxalq Səmt müəyyənetmə (Orientirinq) Federasiyasının qərarı ilə 2029-cu ildə İdman Orientirinqi üzrə Dünya Çempionatı (DÇ) İsveçin Botnik körfəzinin sahilində yerləşən Ernşöldsvik şəhərində keçiriləcək. SİA xəbər verir ki, 2022-ci ildən bəri dünya orientirinq çempionatları sprint və meşə məsafələrinə bölünür. 2029-cu ildə Ernşöldsvikdə meşə orientirinqi üzrə dünya çempionatı təşkil ediləcək.

“Ölkəmizdə keçiriləcək çempionata ev sahibliyi edəcəyimiz və bunun daha çox insanın səmt müəyyənetmə idmanı ilə məşğul olmasına kömək edəcəyi üçün şadıq”, - deyə İsveç Orientirinq Assosiasiyasının sədri Anders Salen bildirib.

Sonuncu dəfə İsveç bu idman növü üzrə DÇ-ni 2016-cı ildə Strömstadda təşkil edib, çempionata 47 ölkədən idmançılar qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə