Günəşdə güclü partlayış oldu

Mayın 2 və 3-də Günəşdə iki güclü partlayış baş verib. SİA xəbər verir ki, bu səbəblə Yaponiya, Çin və Avstraliyada qısadalğalı radio rabitəsində fasilələr yaranlb. Mayın 2-si Bakı vaxtı ilə 07:22-də ən güclü - “X” kateqoriyalı ilk püskürmə baş verib. Daha zəif “M” sinfinə aid növbəti partlayış isə mayın 3-də Bakı vaxtı ilə 13:00-da qeydə alınıb. “X” sinfinə aid partlayış indiki günəş siklində ən böyük 11-ci partlayış hesab olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə