“Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutacaq. “Qarabağ” Tofiq Bəhramov adına stadionunda “Sumqayıt”ı qəbul edəcək.

Dörd oyundan maksimum xal toplayan Qurban Qurbanovun komandası cəmi 2 qol buraxıb. Ağdam təmsilçisi hazırda 2-ci pillədə olsa da, 1 xal geri qaldığı “Zirə” ilə müqayisədə 1 oyun az keçirib.

Yeddi xalla 5-ci sırada olan “Sumqayıt” 5 oyundan 2-də uduzub, 2 dəfə 3 xala sevinib və ötən turu heç-heçə ilə başa vurub.

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr

19:00. “Qarabağ” - “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Məhəmməd Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə