Koutinyonun transfer qiyməti açıqlandı AÇIQLAMA

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın prezidenti Xosep Bartomeu Filipe Koutinyonun transferinin reallaşmamasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, klub prezidenti “Liverpul”un təklif olunandan daha çox məbləğ tələb etdiyini vurğulayıb: “Transfer məbləğərinin çox yüksək olduğunu bilirik, lakin “Liverpul”a təklifimiz bonuslarla birlikdə 120 milyon avro idi. “Mersisaydlılar”ın isə istədiyi məbləğ 200 milyon avro idi”.

Xatırladaq ki, “Barselona” yay transfer dönəmində braziliyalı futbolçu üçün “Liverpul”a bir neçə dəfə təklif göndərsə də, oyunçunun keçidi baş tutmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə