Neymar "Barselona"nı niyə tərk edib?

Tarixi transferlə PSJ-nin yolunu tutan Neymar sabiq klubu "Barselona"nı tənqid edib. SİA-nın məlumatına görə, Fransa I Liqasının ikinci turunda "Tuluza" ilə matçda (6:2) iki qol və iki assistlə yadda qalan braziliyalı ulduz Kataloniya klubunun rəhbərliyinə görə komandanı tərk etdiyini açıqlayıb: "Barselona"ya gələndə ilk günlər hər şey gözəl başlamışdı. Ancaq bu komandanı haqq etməyən rəhbərliyi var. Onlara görə bu cür komandaya üzülürəm. "Barselona"da möhtəşəm dörd il keçirdim. Keçmiş komandam daha yaxşısına layiqdir. Ümid edirəm ki, "Barselona"da işlər qaydasına düşəcək və yenidən iddialı komanda olacaqlar".

Qeyd edək ki, Neymar 222 milyon avro qarşılığında PSJ-yə transfer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə