Con Terrinin evindən oğurlanan əşyaların dəyəri açıqlanıb

"Çelsi"nin sabiq kapitanı Con Terrinin evindən oğurlanan əşyaların dəyəri açıqlanıb. Martda dağ kurortunda dincələn futbolçu və ailəsi sosial şəbəkədə foto paylaşdıqdan sonra onun malikanəsi qarət edilmişdi. SİA-nın xəbərinə görə, 4 ay sonra müdafiəçiyə 400 min funt dəyərində maddi ziyan dəydiyi məlum olub. Evdən "Cartier" zərgərlik məmulatları (219 min funt), üzük (61 min funt), Harri Potterin ilk nəşri (18 min funt), bir neçə brend saat və çanta oğurlanıb.

Terrinin evini qarət edən 5 nəfər müşahidə kameralarının köməyilə artıq tutulub. Yaxın günlərdə onlara məhkəmə hökmü oxunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə