Xavyer Ernandes: "Rəqibə çətin anlar yaşadacağıq" AÇIQLAMA

"Panatinaikos"un böyük və tarixi klub olduğunu bilirik". SİA-nın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Xavyer Ernandes deyib.

Yunanıstan mətbuatına açıqlama verən ispaniyalı futbolçu matça ciddi hazırlaşıdıqlarını qeyd edib: "Bütün matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışıq. Mən hesab edirəm ki, bir qol vursaq, oyunu öz əlimizə ala bilərik. Bundan başqa, "Yagelloniya" ilə səfər oyununda ortaya qoyduğumuz işi bu matçda da göstərsək, rəqibə çətin anlar yaşadacağıq".

Yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu söyləyib: "Komandada son durum yaxşıdır. Mərhələ adlamışıq və motivasiyamız yerindədir. Bununla yanaşı, futbolçularımız peşəkardırlar və məsuliyyəti dərk edirlər. Ümid edirik ki, yaxşı nəticə qazanmağa nail olacağıq".

Qeyd edək ki, bu gün təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə