Van Persi yenidən “Feyenord”a qayıdır?

Robin Van Persi “Fənərbaxça”nı tərk edərək, futbolçu koryerasını yenidən doğma vətəni olan Hollandiyada davam etdirə bilər. Məsələ burasındadır ki, “Feyenord” holland forvardın xidmətində maraqlıdır.

Bu haqda klubun məşqçisi Covanni van Bronkhorst açıqlama verib: “Biz həqiqətən də onun xidmətində maraqlıyıq. Ümid edirəm ki, van Persi tezliklə komandamıza qoşulacaq. Təbii ki, Çempionlar Liqasında onun bizə köməyi dəyə bilər”.

Xatırladaq ki, van Persi 1999-2004-cü illərdə “Feyenord”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə