Beyinin vaxtından əvvəl qocalmasının Səbəbləri

Harvard Tibb Məktəbinin tibb fakültəsinin alimləri orta yaşlı insanlarda metabolik sindromunun vaxtından əvvəl beynin qocalmasına səbəb ola biləcəyini müəyyən ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, metabolik sindrom piylənmə, hipertoniya, qan şəkəri və xolesterol səviyyəsinin yüksəldilməsi kimi anormallıqların birləşməsi ilə xarakterizə olunur.

Tədqiqatçılar 37 yaşdan 55 yaşa qədər 2100-dən çox kişi və qadın arasında MRT müayinəsi, eləcə də fənlər üzrə məntiqi təfəkkürün bir neçə testini keçiriblər. Tədqiqatın nəticələrinə görə, metabolik sindromlu insanların beyin həcmi tam sağlam olan insanlardan həcmcə daha kiçik olur. Alimlərin fikrincə, bu insanlarda şəkərli diabet və digər xəstəliklərin inkişaf riski yüksəkdir. Metabolik sindromun qarşısını almaq üçün elm adamları balıq, meyvə, tərəvəz və dənli bitkilərdən ibarət pəhriz etməyi tövsiyə ediblər. Mütəxəssislər deyirlər ki, mütəmadi və orta dərəcədə gərgin fiziki fəaliyyət beyin işini yaxşılaşdırmağa da qadirdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə