Kliniki Tibbi Mərkəzdə YAP-ın 27 illiyi qeyd olunub

Nəsimi rayonu 1 saylı Kliniki Tibbi Mərkəzdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP 1 saylı Kliniki Tibbi Mərkəz ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Jalə İbrahimova çıxış edib.

J.İbrahimova çıxışında YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini və gənclərin də onu dəstəklədiyini bildirib.

Tədbirdə KTM-in baş həkim müavini Səbinə Əhmədova, Azer Maqsudov və Əfsun Ənnağıyev Partiyanın yaranması və tarixi haqqında çıxış ediblər.

Sonda YAP-ın tarixi haqqında slayd nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə