FHN əhali arasında maarifləndirmə işi aparır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhərindəki M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhərindəki Azərpoçt MMC-nin Siyəzən filialında və Mədəniyyət evində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Ayartılı kənd tam orta məktəbində və Horadiz şəhər poliklinikasında, Bərdə rayon N.Nərimanov adına 3 nömrəli şəhər tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhərində Mərkəzləşdirilmiş Kitabxanada, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Mərəzə şəhərindəki Təhsil şöbəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən SİA-ya bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məruzələr edilib, yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib.

Toplantılarda, eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...