Siyasi partiyalar siyasi proseslərə xarici müdaxiləni müzakirə edirlər - FOTOLAR

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...