Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğında xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə