FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam Qaz Kəmərləri İdarəsində, 17 saylı Dövlət Əmək Müfəttişliyində, Daşınmaz Əmlakın Reyestr Xidmətinin 7 saylı ərazi şöbəsində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 25 saylı tam orta məktəbində, "Embawood" şirkətinin mebel anbarında, Vərəm Əleyhinə Dispanserdə və Mərkəzi Kitabxanada yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib. SİA FHN-ə istinadən bildirir ki, tədbirlərdə "İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub. Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...