İcra başçısı növbəti səyyar qəbulunu Kənarmeşə kəndində keçirib

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Kənarmeşə kəndində keçirib. SİA-nın məlumatına görə, İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.

Qəbul zamanı sakinlər son illərdə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən, xüsusilə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsindən və Aşağı Nüvədi-Kənarmeşə -Şürük magistral avtomobil yolunun başdan-başa asfaltlanmasından razı qaldıqlarını bildirərək, bu qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər həyata keçirilən sosial-iqtisadi islahatların, icra olunan infrastruktur layihələrin onların maddi-məişət şəraitinin yaxşılaşdırdığını minnətdarlıq hissi ilə vurğulayıblar.

Qəbul-görüşü zamanı sakinlər görulən işləri yüksək qiymətləndirməklə yanaşı Kənarmeşə kəndinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə əlaqədar müraciət edərək bir sıra təkliflər irəli sürüblər. Qaldırılan məsələlər yerindəcə müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyatı məsul şəxslərə İcra başçısı tərəfindən konkret tövsiyyə və tapşırıqlar verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...