Yüksək Texnologiyalar Parkında Yeni Təyinat

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib. SİA-ya məlumatına görə, AMEA Rəyasət Heyətinin qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib.

RH-nin iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 illik yubileyi ilə əlaqədar alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması və s. qərara alınıb.

Həmçinin, akademik Nizami Cəfərovun 60 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr edilmiş elmi sessiyanın keçirilməsi, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 illik yubileyi ilə əlaqədar isə AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi, həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun əsərlərinin biblioqrafik göstəricisinin hazırlanması tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...