"Azərbaycan gimnastlarını böyük qələbə münasibətilə təbrik edirəm" Rauf Əliyev

"2019-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində növbəti mötəbər idman yarışı təşkil olunub. Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc idmançı iştirak edib. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, Azərbaycan milli komandası bu çempionatda ən yüksək nəticə göstərərək böyüklər arasında aero dans proqramında qızıl medala sahib olublar: "Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyə keçəndən sonra Azərbaycanda bu idman növü sürətlə inkişaf etməyə başlamış və Azərbaycan gimnastları müxtəlif səviyyəli yarışların qalibi olurlar. Azərbaycan gimnastlarının bu növbəti qələbəsi münasibəti ilə yığma komandamızın üzvlərini, Gimnastika Federasiyasının rəhbərliyini təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...